[metaslider id=3958]
Bu gün Gəncə Dövlət Universiteti Fizika və texniki fənlər fakültəsində Yeni Azərbaycan partiyasına yeni üzv olan tələbələrə partiya biletləri paylanmışdır.
Tədrisə açılış sözü ilə başlayan dekan müavini b/müəl.Sabir Abdullayev Partiyaya Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin Azərbaycan Respublikasının qarşısında geniş imkanlar açdığını, yeni hədəflər müəyyənləşdirdiyini söyləyib, Gəncə gənclərinin ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini qeyd etdi.
Gəncə Dövlət Universitetinin Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Sabir Əbdürrəhimov çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərin inkişafına geniş imkanların yaradılmasına, onlarda milli şüurun vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Prezident cənab İlham Əliyev və onun rəhbərliyi ilə YAP –ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai – siyasi, sosial – mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir.
Sonda YAP sıralarına yeni üzv olan gənclərə partiya vəsiqələri təqdim edildi.