[metaslider id=4002]
27 aprel 2018 – cı il tarixdə “ÜTF və texnologiya” kafedrasının dosenti Əhədova Gülçimən Rasim qızının “Texnologiya müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri ilə “Metalların kəsilməsi, dəzgah və alətlər” fənnindən “Diş və yiv emalı metodları, işlədilən dəzgahlar” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi, kafedra müdiri dos.E.M.Cavadov., Fakültə metod – şurasının sədri E.H.Mövsümov ., ÜTF və texnologiya kafedrasının professor– müəllim heyətinin üzvlərindən 6 nəfəri iştirak etdilər.
Dos.G.R.Əhədova ilk növbədə tələbələrin dərsə davamiyyətini yoxlayıb, sinif jurnalında qeydiyyat apardı. İKT imkanlarından istifadə edərək proyektordan istifadə etməklə dərsə başladı. Slaytda mövzu ilə bağlı reproduksiyaları tələbələrə göstərib, tələbələri bu sorğuya cəlb etdi.
Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən açıq dərs 30 balla “əla” qiymətlə qiymətləndirildi.