01.05.2018- ci il tarixdə Fizika kafedrasının baş müəllimi Sabir Müseyib oğlu Abdullayevin açıq dərsi keçirildi

[metaslider id=4154]

01 may  2018 –ci il tarxidə GDU –nun Fizika kafedrasının baş müəllimi Abdullayev Sabir Müseyib oğlunun Riyaziyyat – informatika fakültəsinin II kurs “Riyaziyyat – informatika müəllimliyi” ixtisasında “Maqnit sahəsinin hərəkət edən yükə təsiri, maqnit seli. Naqillərin induktivliyi. Elektromaqnit induksiya hadisəsi”mövzusunda mühazirə məşğələsindən  açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun nümayəndəsi dos.C.İbrahimov, Riyaziyyat – informatika fakültəsinin dekanı dos.O.Hüseynov., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev və kafedranın  professor – müəllim heyəti üzvlərindən 12 nəfəri iştirak etmişdir.

Baş müəllim S.Abdullayev dərsin əvvəlində  əvvəlki mühazirədə  keçilən mövzuları tələbələrə suallar verib cavab almaqla tələbələrin yaddaşında cavablandırdı və beləliklə yeni mövzu ilə keçmiş mövzu arasında əlaqə yaratdı.

Lorens qüvvəsi onun  tətbiqlərini mühazirədə qeyd etdi. Maqnit hidrodinamik generator, kütlə spektroqrafı, elektron şüa  borusu xüsusi qeyd etdi.  Dərsin gedişində  informasiya – kompüter texnologiyalarının imkanlarından bacarıqla istifadə etdi.

Sabir  Abdullayev mühazirənin  gedişində pedaqoji ustalıq və yüksək bilik nümayiş etdirdi.

Açıq dərsin sonunda tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs 32 balla “əla” qiymətləndirildi.