[metaslider id=4036]
30 aprel 2018 – cı il tarixdə “ÜTF və texnologiya” kafedrasının baş müəllimi Hüseynova Gülbəniz Qurban qızının “Texnologiya müəllimliyi” ixtisası üzrə III kurs tələbələri ilə “Texnologiya fənninin tədrisi metodikası” fənnindən “Pedaqoji təcrübənin məqsədi, vəzifələri, növləri, müddəti, təşkili, keçirilməsi və yekunlaşdırılması. Pedaqoji təcrübəyə verilən tələblər” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi, kafedra müdiri dos.E.M.Cavadov., Fizika və texniki fənlər fakültəsinin dekan müavini E.X.İsmayılov., ÜTF və texnologiya kafedrasının dos.G.R.Əhədova., b/m-S.A.Tağıyeva., b/m-T.Z.verdiyeva., b/m.-M.Ş.Sadıxova iştirak etdilər.
b/m.G.Q.Hüseynova ilk növbədə tələbələrin dərsə davamiyyətini yoxlayıb, sinif jurnalında qeydiyyat apardı. İKT imkanlarından istifadə edərək proyektordan istifadə etməklə dərsə başladı. Slaytda mövzu ilə bağlı reproduksiyaları tələbələrə göstərib, tələbələri bu sorğuya cəlb etdi.
Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən açıq dərs 26 balla “yaxşı” qiymətlə qiymətləndirildi.