Fizika kafedrasında  müdir vəzifəsinə seçki  

[metaslider id=4421]

06 iyun 2018 – ci il tarixdə GDU – nun Fizika kafedrasında kafedra müdiri seçkisi ilə əlaqədar iclas keçirilmişdir. İclasın gündəliyində 27 aprel 2018 – ci tarixli 15(8781) saylı  “Azərbaycan müəllimi” qəzetində dərc olunmuş elana müvafiq olaraq Fizika  kafedrasında boş olan kafedra müdiri vəzifəsini tutmaq üçün müsabiqədə iştirak etmək məqsədi ilə  GDU rektoruna müraciət etmiş, dosent Quliyev Niyazi İslam oğlunun ərizəsinin müzakirəsi məsələsi olmuşdur. İclasa Azərbaycan Respublikası Təhsil Nazirinin 05.02.2018 – ci il tarixli  F-100 saylı əmrinə əsasən Fizika və  texniki fənlər fakültəsinin dekanı  professor M.S.Quliyev sədrlik etmişdir.

Prof.M.S.Quliyev iclası açaraq bildirdiki, Fizika kafedrasının müdiri vəzifəsini tutmaq üçün yalnız kafedranın dosenti Quliyev Niyazi İslam oğlundan  ərizə daxil olmuşdur. Daha sonra prof.M.S.Quliyev dosent N.İ.Quliyevin sənədləri ilə iclas iştirakçılarını tanış etdi və bildirdi ki, sənədlər tam qaydasındadır və müzakirəyə buraxıla bilər. Çıxış edənlər: Fizika kafedrasının dosenti, Fizika və texniki fənlər fakültəsinin dekan müavini E.X.İsmayılov,  Əlavə Təhsil Fakültəsinin dekanı, dosent Z.M.Zeynalov, dos.V.C.Rüstəmov, dos.Y.B.Namazov, dos.S.P.İsgəndərova, b/m-S.O.Məmmədova,  b/m-E.M.Məmmədov, b/m-K.K.Həsənova,  dos.N.İ.Quliyevin elmi – tədqiqat, pedaqoji idarəetmə sahələrindəki  fəaliyyətini yüksək qiymətləndirərək, növbəti 5 il üçün Fizika kafedrasının müdiri vəzifəsini tutmasına tərəfdar olduqlarını bildirdilər.

Prof.M.S.Quliyev çıxışlara yekun vuraraq, o da dos.N.İ.Quliyevin kafedra müdiri seçilməsi təklifini dəstəklədiyini qeyd etdi.

Daha sonra, prof.M.S.Quliyev iclas iştirakçılarının nəzərinə çatdırdı ki,  səsvermə gizli və ya açıq yolla  keçirilə bilər. Kafedra əməkdaşları yekdilliklə səsvermənin açıq keçirilməsinə səs verdilər.

Prof.M.S.Quliyev Fizika kafedrasının müdiri vəzifəsini tutmaq üçün dosent N.İ.Quliyevin namizədliyini səsə qoydu.

Fizika kafedrasının 32 nəfər professor – müəllim heyəti üzvləri yekdilliklə dos.N.İ.Quliyevin növbəti beş il müddətinə kafedra müdiri vəzifəsini tutmasınıın leyhinə səs verdilər.  Əleyhinə və bitərəf qalan olmadı.

TƏBRİK EDİRİK!