[metaslider id=4434]Milli qurtuluş günü
11 iyun 2018 – ci il tarixdə Fizika və texniki fənlər fakültəsində Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə GDU – nun Humanitar Məsələlər üzrə prorektoru dos.Gülsüm xanım Fətəliyevanın təklifi ilə fakültənin tədbirdə iştirak edən professor – müəllim , tədris – köməkçi heyəti və tələbələri Azərbaycan Himnini canlı olaraq oxudular.
Tədbirdə ilk olaraq G.Fətəliyeva çıxış etdi. O, 15 iyun 1993 –cü ildə Azərbaycanda yaranan vəziyyəti ətraflı təhlil etdi və göstərdi ki, 1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan dövlətçiliyini dağılmaqdan qurtardı. O zaman ölkəmizdə olan hakimiyyətsizlik, dövlət rəhbərlərinin səriştəsizliyi nəticəsində qardaş qırğını və vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Hətta belə bir hadisə Gəncə şəhərində baş vermişdi. Ayrı – ayrı bölgələrdə separatçılıq və parçalanma meylləri baş qaldırmışdı. Ulu öndər Heydər Əliyev məhz belə bir şəraitdə hakimiyyətə gəldi. Daha doğrusu bir zamanlar onun Bakıda normal yaşamasına və siyasi fəaliyyət göstərməsinə imkan verməyən səriştəsiz dövlət adamları xalqın tələbi ilə onu hakimiyyətə dəvət etmək məcburiyyətində qaldılar.
Heydər Əliyev Azərbaycan dövlətini dağılmaqdan qurtardı, Azərbaycan Ordusunu yaratdı, dövlət quruculuğunun bütün sahələrində uğurlar qazanıldı. Məhz onun 10 illik prezidentliyi sayəsində Azərbaycan yaşadı, çiçəkləndi və inkişaf etdi. 2003 – cü ildən bu günə qədər isə onun siyasi irsinin davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmiz inkişaf yolunda irəliləyir.
Çıxışının sonunda G.Fətəliyeva fakültənin bütün müəllim və tələbə heyətini 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə GDU –nun rektoru prof.Y.Yusibovun adından və öz adından ürəkdən təbrik etdi.
Sonra Fiziki və texniki fənlər fakültəsinin dekanı, prof.Muğan Quliyev çıxış etdi. O, 15 iyun Milli Qurtuluş Gününün Müasir Azərbaycan dövlətçiliyinin tarixində tutduğu görkəmli yeri qeyd etdi. Göstərdi ki, 15 iyun 1993 – cü ildən Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsə idi, bu günkü Azərbaycan da ola bilməzdi.
Heydər Əliyev Azərbaycan dövlətçiliyini qorudu, yaşatdı və inkişaf etdirdi. Bu gün Azərbaycan Avropa siyasi məkanında olmaqla, müsəlman ölkələri içərisində siyasi – iqtisadi, demokratik, mədəni baxımdan ən inkişaf etmiş ölkələrdən biridir.
Çıxışının sonunda prof. M.Quliyev Fakültə kollektivini Milli Qurtuluş Günü münasibəti ilə təbrik etdi, onlara can – sağlığı, işlərində uğurlar arzuladı.