03.10.2018- ci il tarixdə Fizika kafedrasının müəllimi  Xavəri Xavər Ələmxan  qızının açıq dərsi keçirildi

[metaslider id=4684]

03 kotyabr 2018 – ci il tarixdə  Gəncə Dövlət Universitetinin Fizika və Texniki fənlər fakültəsinin Fizika kafedrasında kafedranın müəllimi Xavəri Xavər Ələmxan qızının sınaq dərsi keçirilmişdir.

Sınaq dərsində kafedranın professor – müəllim heyəti üzvləri iştirak edirdilər. III kurs Fizika müəllimliyi ixtisasında  “Atom fizikası” fənnindən gənc  müəllimlərin  hazırlıq səviyyəsini yüksəltmək məqsədilə Fizika kafedrası tərəfindən təşkil edilmişdir. Dərsin mövzusu “Atom spektrindəki qanunauyğunluqlar. Spektral seriyalar” olmuşdur. Xavəri Xavər mövzunu əyani vasitələrdən və kompyuter texnikasından istifadə etməklə hərtərəfli izah etdi. Hidrogen atom spektrindən alınmış Bolmerin işlərindən, aldığı düsturdan, digər spektral  seriyalardan danışdı. X.Xavəri, onun qarşısında  qoyulmuş vəzifənin öhdəsindən bacarıqla  gəldi. Sınaq dərsinin yekununda X.Xavəri  tələbələrin və iclasda  iştirak edən Fizika kafedrasının professor – müəllim heyəti üzvlərinin suallarına cavab verdi.

Daha sonra Fizika kafedrasında sınaq dərsinin müzakirəsi keçirildi və dərs yekdilliklə yüksək qiymətləndirildi.