[metaslider id=4618]4 oktyabr 2018 – ci il tarixdə Fizika və texniki fənlər fakültəsində Beynəlxalq müəllimlər gününə həsr edilmiş tədbir keçirildi. Tədbiri fakültə dekanlığı və fakültə tələbə gənclər təşkilatı birlikdə hazırlamışdılar. Tədbir GDU – nun II tədris binasının akt zalında keçirildi. Fakültənin I kurs tələbələrini Universitetin və fakültənin ictimai həyatında fəal iştirakına cəlb etmək üçün tədbirə dekanlıq tərəfindən əsasən I kurs tələbələri dəvət edilmişdi.
Tədbirdə GDU –nun Humanitar məzələlər üzrə prorektoru dosent Gülsüm xanım Fətəliyeva, fakültə dekanı, professor Muğan Quliyev , Təsviri incəsənət kafedrasının professoru Şaiq Məmmədov çıxış etdilər.
Çıxış edənlər Respublikamızda müəllim əməyinə verilən yüksək diqqət və qayğını qeyd etdilər. Onlar tələbələrə möhtərəm prezidentimiz İlham Əliyevin müəllimlərə, təhsilə göstərdiyi qayğıdan istifadə edərək yaxşı oxumağı və yüksək səviyyəli mütəxəssis olmağı tövsiyyə etdilər. Sonra fakültə tələbələrinin hazırladığı konsert proqramı təqdim edildi. Tədbirin hazırlanmasında fakültə TGT –nin sədri təsviri incəsənət müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Əminə Əliyevanın işini xüsusi qeyd etmək lazımdır.
BAYRAMINIZ MÜBARƏK!