12.04.2019- cu il tarixdə dos. Namazov Yəhya Binnət oğlunun açıq dərsi keçirildi

[metaslider id=5970]12.04.2019- cu il tarixdə dos. Namazov Yəhya Binnət oğlunun    açıq dərsi keçirildi

12 aprel 2019 – cu il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının  dosenti  Namazov Yəhya Binnət oğlunun II kurs “Fizika müəllimliyi” ixtisasında  “Elektrodinamika” fənnindən “Vakuumda Maksvell  üçün Maksvell  tənlikləri sistemi” mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərsdə  GDU  rektorunun səlahiyyətli nümayəndəsi dos.E.M.Cavadov.,  Fizika kafedrasının  müdiri, dos.N.İ.Quliyev.,  kafedranın professor – müəllim heyəti üzvlərindən  dos.S.P.İsgəndərova, dos.M.C.Tağıyeva, dos.V.C.Rüstəmov., müəllimlər A.Y.Həmzəyeva, R.A.Abbasov  və başqaları iştirak edirdilər.

Dos.Y.B.Namazov açıq dərsin  əvvəlində açıq  dərsdə iştirak edən  nümayəndələri tələbələrə təqdim etdi və  əvvəlki mövzu üzrə tələbələrlə sorğu – sual keçirdi və pedaqoji  ustalıqla yeni   mövzuya keçid etdi.  Yeni mövzunu müasir  kompyuter texnikasından, əyani vasitələrdən istifadə  etməklə tələbələrə ətraflı izah etdi. Mövzunun izahı zamanı dos.Y.Namazov mürəkkəb riyazi  aparatları, məharətlə sadələşdirir və onların fiziki mənasını izah edirdi. Mövzunun  izahı zamanı tələbələrlə yüksək kommunikativ  əlaqələr yaradırdı.

Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 32 balla “əla”  qiymətləndirildi.