[metaslider id=5995]16.04.2019- cu il tarixdə b/müəl. Məmmədov Kamal Rəsul oğlunun açıq dərsi keçirildi
16 aprel 2019 – cu il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsində “ÜTF və texnologiya” kafedrasının baş müəllimi Kamal Rəsul oğlu Məmmədovun “Təsviri incəsənət müəllimliyi” ixtisasının I kursunun 11 qrupunda “Tərsimi həndəsə” fənnindən “Fırlanma və çoxüzlü səthli həndəsi cisimlər üzərində nöqtənin proyeksiyası” mövzusunda açıq dərsi oldu.
Dərs laborator – praktiki məşğələ idi. Dərsdə müəllim fırlanma və çoxüzlü səthə malik həndəsi cisimlər üzərində nöqtənin proyeksiyasının qurulma qaydasını ətraflı izah etdi.
Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi, ÜTF və texnologiya kafedrasının müdiri, dos.E.M.Cavadov., kafedranın professor – müəllim heyəti üzvlərindən dos.R.Ə.Həsənov., dos.G.R.Əhədova., b/m-G.Q.Hüseynova, b/m. B.S.Hacıyeva., b/m-M.Ş.Sadıxova habelə kafedranın tədris köməkçi – heyətindən Afət Məmmədova., Saidə Bağırova., Mətanət İbrahimova., Ulduz Xəlilova da iştirak etdilər.
Dərsdə tələbələr fəal idi və fənn müəllimi proyeksiyaların qurulma qaydalarını proyektorda göstərdi, habelə lövhədə əyani şəkildə izah etdi.