09 oktyabr 2019 – cu il tarixdə Fizika kafedrasının dosenti İsgəndərova Səyyarə Paşa qızının açıq dərsi keçirildi.

[metaslider id=6866]

09 oktyabr 2019 – cu il tarixdə Fizika kafedrasının dosenti İsgəndərova Səyyarə Paşa  qızının açıq dərsi keçirildi.

O9 oktyabr 2019-cu il tarixdə Fizika və texniki fənlər fakültəsinin II kurs “Fizika müəllimliyi” ixtisasında  Fizika kafedrasının dosenti Səyyarə Paşa qızı İsgəndərovanın  “Klassik mexanika” fənnində “Təsir inteqralının  minimumluq şərti vasitəsilə Laqranj tənliyinin alınması” mövzusunda açıq mühazirə dərsi keçirilmişdir.  Açıq dərsdə Fizika kafedrasının müdiri,  Fakültə tədris metodiki şurasının sədri dos.N.İ.Quliyev, GDU rektorunun nümayəndəsi dos.E.M.Cavadov və  Fizika kafedrasının 14 nəfər professor – müəllim heyəti  üzvləri iştirak edirdilər.

Dos. S.P.İgəndərova açıq dərsdə iştirak edən tələbələri professor – müəllim heyəti ilə tanış etdi.  Daha sonra əyani vasitələrdən, kompyuter texnikasından, proyektordan, istifadə  etməklə mövzunu hərtərəfli izah etdi və bu zaman tələbələrə qeyd aparmağa imkan yaratdı. Açıq dərsin  mövzusu daha çox riyazi əməliyyatlarala başlı idi və  dos.S.İsdgəndərova  bu əməliyyatları lövhədə  məharətlə və pedaqoji ustalıqla yerinə yetirdi.

Dərsin sonunda dos.S.İsgəndərova tələnələrin  suallarına cavab verdi. Daha sonra tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 29 balla “əla” qiymətləndirildi.