[metaslider id=6867]
10 oktyabr 2019 – cu il tarixdə Fizika kafedrasının dosenti İmanov Rizvan Məhəmmədəli oğlunun açıq dərsi keçirildi.
10 oktyabr 2019-cu il tarixdə Fizika və texniki fənlər fakültəsinin IV kurs “Fizika müəllimliyi” ixtisasında Fizika kafedrasının dosenti İmanov Rizvan Məhəmmədəli oğlunun “Bərk cisimlər fizikası” fənnindən “Kvazizərrəciklər” mövzusunda açıq mühazirə dərsi keçirilmişdir.
Açıq dərsdə Fizika kafedrasının müdiri, Fakültə tədris metodiki şurasının sədri dos.N.İ.Quliyev, GDU rektorunun nümayəndəsi dos.E.M.Cavadov və Fizika kafedrasının 14 nəfər professor – müəllim heyəti üzvləri iştirak edirdi.
Dosent R.M.İmanov açıq dərsdə iştirak edən professor – müəllim heyətini tələbələrə təqdim etməklə başladı. Daha sonra əyani vasitələrdən kompyuter texnikasından istifadə etməklə mövzu üzrə tələbələrə izah verməyə başladı. Açıq dərsin gedişində dos.R.M.İmanov fəal interaktiv təlim üsulundan istifadə edərək, tələbələri mövzunun izahına cəlb edir, çətin qavranılan və riyazi aparatla zəngin olan hissələri pedaqoji ustalıqla yüksək səviyyəli bilik nümayiş etdirərək mövzunu izah edirdi.
Dos. R.M.İmanov qarşıya qoyduğu məqsədə nail oldu. Yekunda tələbələrə müraciət edərək onları maraqlandıran suallara cavab verdi.
Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 36 mümkün baldan 33 balla “əla” qiymətləndirildi.