29.10.2019-cu il tarixdə Fizika kafedrasının dosenti Namazov Yəhya Binnət oğlunun açıq dərsi keçirildi.
29 oktyabr 2019 – cu il tarixdə Fizika və texniki fənlər fakültəsinin II kurs fizika müəllimliyi ixtisasında Fizika kafedrasının dosenti Namazov Yəhya Binnət oğlunun “Elektrik və maqnetizm” fənnindən “yarımkeçiricilərin elektrik keçiriciliyi. Məxsusi və aşqar keçiricilik” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərsdə Fizika kafedrasının müdiri disşNiyazi Quliyev və kafedranın professor – müəllim heyəti üzvlərindən 14 nəfəri iştirak edirdilər.
Dos.Y.Namazov açıq dərs başlamazdan əvvəl açıq dərsdə iştirak edən professor – müəllim heyəti üzvləri barədə məlumat verdi. Tələbələri onların fərdi xüsusiyyətlərini nəzərə almaqla və fəal interaktiv təlim metodundan istifadə etməklə əvvəlki mövzunun təkrarını keçirdi.
Daha sonra kompüter texnikasından əyani vəsaitlərdən istifadə etməklə yeni mövzunun izahını verdi. Yarımkeçiricilər mövzusu müasir elmi istiqamət olduğundan rəngli fotolardan istifadə etməklə mövzunun elmi və mahiyyətini təcrübəli bilikli müəllim kimi yüksək pedaqoji ustalıq nümayiş etdirdi.
Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 33 balla “əla” qiymətləndirildi.