22 noyabr 2019 –cu il tarixdə Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının növbəti elmi seminarı keçirilmişdir. Elmi seminarda lafedranın dosenti fizika üzrə fəlsəfə doktoru Rizvan Məhəmmədəli oğlu İmanov “Qara və ağ dəliklilər” adlı elmi populyar mövzuda çıxış etmişdir. Elmi seminarda Fizika kafedrasının professor –müəllim heyəti üzvlərində 25 nəfəri, fizika müəllimliyi ixtisasının I, II, III kurs tələbələri iştirak edirdilər.
Dos.R.M.İmanov əyani vasitələrdən, kompyuter, texnikasından istifadə etməklə qara və ağ dəliklərin fiziki mənasını izah etdi. O, qeyd etdi, dəlik, ağlasığmaz dərəcədə böyük sıxlığa və çox güclü qravitasiya sahəsinə malik elə bir obyektdir ki, hətta işıq fotonları da oradan çıxa bilmirlər.
Ağ dəliklər, bizim kainatın qara dəliklərin əksinə olan nəzəri obyektləridir. Əgər ağ dəlikdən heç nə çıxa bilmədiyi halda, ağ dəliyə heç nə düşə bilməz, yox əgər ora nəsə düşərsə, məsələn, hidrogen atomu onda ağ dəlik partlayar və mövcudluğunu itirər.
Daha sonra R.M.İmanov qara və ağ dəliklər haqqında maraqlı videoçarx nümayiş etdirdi və hər bir görüntü üzrə ətraflı məlumat verdi.
Dos.R.M.İmanovun çıxışından sonra müzakirələr və çıxışlar başladı. Müzakirələrdə kafedranın müdiri dos.N.İ.Quliyev və dosentlər Y.B.Namazov, S.P.İsgəndərova, R.K.Hüseynov, b/m.S.M.Abdullayev, b/m.S.R.İmanova iştirak etdilər. Müzakirələr zamanı R.M.İmanov tələbələri maraqlandıran suallara cavab verdi.
Kafedra müdiri dos.N.İ.Quliyev öz adından Seminar iştirakçılarının adından maraqlı çıxış etdi. Dos.R.M.İmanova təşəkkür etdi.