29 noyabr 2021 – cı il tarixdə “ÜTF və texnologiya” kafedrasının baş müəllimi Verdiyeva Təranə Zahid qızının “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə III kurs tələbələri ilə “İnşaat və topoqrafik çertyojlar” fənnindən “Baş planın eksplikasiyasının tərtibi” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə ÜTF və texnologiya kafedrasının professor – müəllim heyəti üzvlərindən: b/m-M.Sadıxova., b/m.A.H.Əliyeva., b/m- K.Məmmədov., b/m-G.Hüseynova., tədris ustası – T.M..Hüseynova iştirak edirdilər.
b/m.T.Verdiyeva ilk növbədə tələbələrin dərsə davamiyyətini yoxlayıb, sinif jurnalında qeydiyyat apardı. Əvvəlki mövzu ətrafında tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi.
Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən açıq dərs “Qənaətbəxş” qiymətləndirildi.