Fizika kafedrasının müəllimi, dissertant Nuranə Əlişir qızı Verdiyevanın ilkin müdafiəsi
26 noyabr 2021- ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasının müəllimi Verdiyeva Nuranə Əlişir qızının (22.20.01 – yarımkeçiricilər fizikası ixtisası üzrə) fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “TlİnSe2 kristallarının elektrofiziki xassələrinə lantanoid element atomları (Dy, Eu) və ionlaşdırıcı şüaların təsiri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
Müzakirədə 27 nəfər: Fizika kafedrasının 30 nəfər professor – müəllim heyəti üzvlərindən 23 nəfəri, o cümlədən: Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., riyaziyyat üzrə elmlər doktoru, professor M.S.Quliyev (Fizika və texniki fənlər fakültəsinin dekanı), f.r.f.d. dos.E.X.İsmayılov (dekan müavini), f.r.f.d.dos.M.C.Tağıyeva (dekan müavini), f.r.f.d.dos.Z.M.Zeyna-lov., f.r.f.d.dos.V.C.Rüstəmov., f.r.f.d.dos.S.İ.Əliyev., f.f.d.dos.-R.M.İmanov., f.f.d.dos.R.K.Hüseynov., tex.f.d.dos.Y.B.Namazov., riy.f.d.dos.S.P.İsgəndərova., tex.f.d.b/m.S.O.Məmmədova., f.d.d.müəl. A.Y.Həmzəyeva., b/m.E.M.Məmmədov., b/m.S.Q.Cəfərova., b/m.S.X.Musayev.,b/m.S.R.İmanova., müəl.R.A.Abbasov., müəl.N.Ə.Verdiyeva., müəl.A.İ.Kazımova., müəl.T.T.Tahirova.,müəl.A.C.Məmmədzadə., müəl.A.C.Məmmədzadə., müəl.İ.A.Seyidova., müəl.X.Ə.Xavəri və dəvət olunmuş lar: iddiaçı N.Ə.Verdiyevanın dissertasiya işinin elmi rəhbəri, Azərbaycan Texnologiya Universitetinin Ümumi və Tətbiqi fizika kafedrasının müdiri, fizika üzrə elmlər doktoru, professor M.B.Cəfərov, GDU –nun informatika kafedrasının müdiri, f.r.f.d.dosent Ə.Ə.Aslanov., GDU –nun magistratura şöbəsinin müdiri tex.f.d.dos.E.K.Yaqubov., GDU –nun riyaziyyat – informatika fakültəsinin tədris işləri üzrə dekan müavini f.r.f.d.dos.R.M.Məmmədov iştirak edirdilər.
İclasa sədrlik edən Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev gündəlikdə duran məsələ barədə məlumat verdikdən və dos.M.C.Tağıyeva iclasın katibi seçildikdən sonra söz iddiaçı N.Ə.Verdiyevaya verildi. N.Ə.Verdiyeva 23 dəqiqə ərzində müasir texniki vasitələrdən istifadə etməklə dissertasiya işi barədə məlumat verdi. N.Ə.Verdiyeva çıxışını bitirdikdən sonra dos.Y.B.Namazovun, dos.V.C.Rüstəmovun, dos.S.İ.Əliyevin, dos.E.X.İsmayılovun, dos.Z.M.Zeynalovun və digərlərinin suallarını cavablandırdı. Suallar kəsildikdən sonra elmi rəhbər prof.M.B.Cəfərov, dos.N.İ.Quliyev., dos.V.C.Rüstəmov, dos.Y.B.Namazov, dos E.K.Yaqubov çıxış etdilər və dissertasiya məzmununun və quruluşunun yüksək səviyyəli olduğunu, alınmış nəticələrin və elmi yeniliyin elmi – praktiki əhəmiyyətini qeyd etdilər. İclasın qərarı ilə N.Ə.Verdiyevanın “TlİnSe2 kristallarının elektrofiziki xassələrinə lantanoid element atomları (Dy, Eu) və ionlaşdırıcı şüaların təsiri” mövzusunda dissertasiya işinin 22.20.01 – “yarımkeçiricilər fizikası” və 22.25.01 – “radiasiya materialşünaslığı” ixtisasları üzrə müdafiəyə buraxılması məqsədəuyğun hesab edildi.