4 aprel 2022- ci il tarixdə “Təsviri incəsənət” kafedrasının müəllimi Məmmədova Aybəniz Əli qızının “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə II2-2 qrup ixtisasında “Boyakarlıq” fənnindən “Kişi portretinin etüdü ” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev., Təsviri incəsənət kafedrasının müdiri dos.M.Məmmədov və professor müəllim heyəti üzvlərindən 5 nəfər iştirak etdilər.
Müəl.A.Ə.Məmmədova dərsə yaxşı hazırlaşmışdı. Dərs prosesində yeni mövzunun izahı zamanı əyanilik prinsipinə və müasir kommunikasiya texnologiyalarından istifadə etdi.
Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə keçirildi və açıq dərs qənaətbəxş hesab edildi.