05 aprel 2022-ci il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsində I kurs fizika müəllimliyi ixtisasında Fizika kafedrasının müəllimi Veysova Rəna Məhəmməd qızının “Molekulyar fizika” fənnindən “Molekulyar kinetik nəzəriyyə. İdeal qaz. İdeal qaz qanunları” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə fakültə dekanı prof.M.S.Quliyev., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., kafedranın professor müəllim heyəti üzvlərindən dos.E.X.İsmayılov., dos.Y.B.Namazov., dos.M.C.Tağıyeva., dos.R.M.İmanov., dos.R.P.İsgəndərova., p.f.d.b/m.S.K.Rüstəmova., müəl.İ.A.Seyidova., müəl.A.C.Məmmədzadə., müəl.N.Verdiyeva., müəl.T.Tahirova iştirak edirdilər.
Müəl.R.Veysova açıq dərsdə iiştirak edən professor – müəllim heyəti üzvlərini salamladıqdan sonra tələbələri cəlb etməklə MKN –nin əsas tənliyini çıxardı. Bu zaman əyani vasitələrlə tənliyin çıxarılması üçün zəruri olan fiziki hadisələri nümayiş etdirdi. Daha sonra ideal qaz qanunlarını izah etdi. R.M.Veysova tələbələri yüksək aktivliklə mövzunun izahına cəlb edirdi.
Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 31 balla “əla” qiymətləndirildi.