05 aprel 2022 – ci il tarixdə GDU–nun ÜTF və texnologiya kafedrasında kafedra müdiri seçkisi ilə əlaqədar iclas keçirilmişdir. İclasın gündəliyində 25 fevral 2022–ci tarixli “Azərbaycan müəllimi” qəzetində dərc olunmuş elana müvafiq olaraq ÜTF və texnologiya kafedrasında boş olan kafedra müdiri vəzifəsini tutmaq üçün müsabiqədə iştirak etmək məqsədi ilə GDU rektoruna müraciət etmiş, dosent Cavadov Elçin Məhəmməd oğlunun ərizəsinin müzakirəsi məsələsi olmuşdur.
Prof.M.S.Quliyev iclası açaraq bildirdiki, “ÜTF və texnologiya” kafedrasının müdiri vəzifəsini tutmaq üçün kafedranın dosenti Cavadov Elçin Məhəmməd oğlundan ərizə daxil olmuşdur. Daha sonra prof.M.S.Quliyev dosent E.M.Cavadovun sənədləri ilə iclas iştirakçılarını tanış etdi və bildirdi ki, sənədlər tam qaydasındadır və müzakirəyə buraxıla bilər. Çıxış edənlər: kafedranın dos.R.Ə.Həsənov., dos.M.Q.Yusifov., dos.C.İ.Qarayev., dos.E.K.Yaqubov., b/m.B.S.Hacıyeva., b/m.K.R.Məmmədov., b/m.M.Ş.Sadıxova., b/m.A.H.Əliyeva dosent Elçin Cavadovun elmi – tədqiqat, pedaqoji idarəetmə sahələrindəki fəaliyyətini yüksək qiymətləndirərək, növbəti 5 il üçün ÜTF və texnologiya kafedrasının müdiri vəzifəsini tutmasına tərəfdar olduqlarını bildirdilər.
Prof.M.S.Quliyev çıxışlara yekun vuraraq, o da dos.E.M.cavadovun kafedra müdiri seçilməsi təklifini dəstəklədiyini qeyd etdi.
Daha sonra, prof.M.S.Quliyev iclas iştirakçılarının nəzərinə çatdırdı ki, səsvermə gizli və ya açıq yolla keçirilə bilər. Kafedra əməkdaşları yekdilliklə səsvermənin açıq keçirilməsinə səs verdilər.
Prof.M.S.Quliyev ÜTF və texnologiya kafedrasının müdiri vəzifəsini tutmaq üçün dosent E.M.Cavadovun namizədliyini səsə qoydu.
ÜTF və texnologiya kafedrasının 14 nəfər professor – müəllim heyəti üzvləri yekdilliklə dos.E.M.cavadovun növbəti beş il müddətinə kafedra müdiri vəzifəsini tutmasınıın leyhinə səs verdilər. Əleyhinə və bitərəf qalan olmadı.
TƏBRİK EDİRİK!