Category Archives: Xəbərlər

17 oktyabr Füzuli Şəhəri Günüdür

2020-ci il oktyabrın 17-si hərb tariximizə növbəti Qələbə təqvimi kimi həkk olundu. Vətən müharibəsinin 21-ci gününə təsadüf edən həmin tarix Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gündür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur. Füzuli

Daha ətraflı

 “XVII- XVIII əsrlərdə Azərbaycan memarlığı”   mövzusunda açıq dərs keçirildi

14 oktyabr 2026-cı il tarixdə Fizika və Texniki fənlər fakültəsində Təsviri incəsənət kafedrasının  pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Lalə Cahangirovanın  II kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “Azərbaycan incəsənəti” fənnindən “XVII- XVIII əsrlərdə Azərbaycan memarlığı”   mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dosent Elxan İsmayılov., Keyfiyyətin təminatı Mərkəzi – nümayəndəsi Şirinova Leyla Mahir qızı,

Daha ətraflı

“Enerji. Enerjinin saxlanması qanunu. İki cismin toqquşması” mövzusunda açıq dərs keçirildi

Gəncə Dövlət Universitetinin Fizika kafedrasında  “Mexanika” fənnindən açıq dərs  keçirilmişdir 12 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin   Fizika kafedrasının dosenti Niyazi Quliyev tərəfindən Fizika müəllimliyi ixtisasının I kurs tələbələri üçün “Enerji. Enerjinin saxlanması qanunu. İki cismin toqquşması” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə dosent Niyazi Quliyev gündəlik həyatdan sadə fiziki misallar çəkərək (məsələn, cisimlərin

Daha ətraflı

MÜASİR DÜNYADA TƏHLÜKƏSİZLİK YALNIZ MÜHARİBƏ ZAMANI DEYİL, SÜLH DÖVRÜNDƏ DƏ QORUNUR

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər arasında Azərbaycanın keçdiyi tarixi yolun başlanğıcına dair bir məqam xüsusi diqqət çəkir. Prezident qələbələrimizin başlanğıc tarixini YAP-ın 1992-ci ildə keçirilmiş təsis qurultayı ilə əlaqələndirir. Bu fikir bizi bir daha Azərbaycanın müasir tarixinin ən mürəkkəb illərinə nəzər salmağa vadar edir.

Daha ətraflı

Bu gün Cəbrayıl Şəhəri Günüdür

 Cəbrayıl şəhəri 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.   Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur.  Xatırladaq ki, 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı

Daha ətraflı

FİZİKA VƏ TEXNİKİ FƏNLƏR FAKÜLTƏSİNİN I KURS TƏLƏBƏLƏRİ ÜÇÜN EDUMAN SİSTEMİ İLƏ BAĞLI TƏLİM KEÇİRİLİB

01 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində I kurs tələbələri üçün EDUMAN sistemindən istifadə qaydalarına dair maarifləndirici təlim təşkil olunub.Təlimdə Tyutor xidmətinin rəhbəri Rəşad Məmmədov iştirak edərək tələbələrə sistemin imkanları, istifadə qaydaları və elektron platformada işləmə prinsipləri barədə ətraflı məlumat veriblər.Təlim zamanı tələbələrə sistemə daxil olmaq, şəxsi kabinetdən istifadə

Daha ətraflı

FAKÜLTƏ ELMİ ŞURASININ İCLASI KEÇİRİLİB.

 Gəncə  Dövlət  Universitetinin    Fizika və texniki  fənlər fakültəsinin Elmi Şurasının iclası keçirildi. Elmi Şuranın iclasında 1) Dərəcəsi olmayan   baş müəllim və müəllimlərin tərəfindən bakalavr təhsil pilləsində bir sıra fənlər üzrə mühazirə dərslərinin, pedaqoji təcrübə saatlarının və magistr təhsil səviyyəsində seminar və laboratoriya dərslərinin aparılmasının müzakirəsi. 2)Təsviri incəsənət kafedrasından daxil olan dərs vəsaitinin müzakirəsi məsələləri müzakirə

Daha ətraflı

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçilik tariximizin şanlı səhifəsidir

Ümummilli lider Heydər Əliyev bütün bəşəri xüsusiyyətləri özündə cəmləşdirərək milli lider, qüdrətli dövlət xadimi kimi müstəqil Azərbaycan dövlətinin təməlini qoyub. Bu dahi şəxsiyyət mərdliyi, cəsarəti ilə ölkəmizi bütün təhlükələrdən qoruyub, dövlət, xalq qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaradıb. Heydər Əliyev Azərbaycan dövlətinin haqq səsini bütün dünyaya çatdırdı, müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi

Daha ətraflı

Fizika və texniki fənlər və Pedaqoji fakültələrin birgə 27 sentyabr – Anım günü ilə bağlı tədbir keçirilib.

Gəncə Dövlət Universitetinin (GDU) Fizika və texniki fənlər və Pedaqoji fakültələrinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə

Daha ətraflı

Gəncə Dövlət Universitetinin əməkdaşlarının müəllifi olduğu “MATERİALŞÜNASLIQ” dərsliyi nəşr olunub

Gəncə Dövlət Universitetinin Ümumi texniki fənlər və texnologiya kafedrasının əməkdaşları, dosent Emin Kərim oğlu Yaqubov və dosent Elçin Məhəmməd oğlu Cavadov tərəfindən ali məktəb tələbələri üçün hazırlanmış “Materialşünaslıq” adlı dərslik Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə qrifləndirilib və “Müəllim” nəşriyyatında çap olunub. Dərsliyə respublikanın bu sahə üzrə tanınmış alimlərindən Azərbaycan Dövlət Dəniz

Daha ətraflı