Category Archives: Xəbərlər

ELMİ ŞURA – 16.09.2026

15 sentyabr 2026 – cı   il tarixdə saat 12-00-da  Fizika və texniki  fənlər fakültəsinin Elmi Şurasının iclası keçirildi. İclasda aşağıdakı məsələlər müzakirə edildi. Elmi Şurada “ÜTF və texnologiya” kafedrasından Fizika kafedrasına əlavə dərs yükünün verilməsi və Təsvirii incəsənət kafedrasından daxil olan fənn proqramının müzakirəsi olmuşdur.

FİZİKA KAFEDRASINDA 2026-2027-CI TƏDRİS İLİNİN İLK İCLASI KEÇİRİLMİŞDİR.

10 sentyabr 2026-cı tarixində saat 12:00-da Fizika kafedrasının növbəti iclası keçirilmişdir. İclasda kafedranın professor-müəllim heyəti və tədris köməkçi heyəti iştirak etmişdir. İclası giriş sözü ilə açan kafedra müdiri dos. Yəhya Namazov  əvvəlcə  yeni tədris ilinin başlanması münasibəti ilə hamını təbrik etmiş, ən xoş arzularının bildirmişdir. Sonra gündəlikdə duran məsələlərin 2026-2027-ci tədris ilinin uğurlu təşkili baxımından

Daha ətraflı

Elmi Şura – 30.06.2026

30  iyun  2026 – cı   il tarixdə  Gəncə  Dövlət  Universitetinin    Fizika və texniki  fənlər fakültəsinin Elmi Şurasının iclası keçirildi. Gündəlik məsələlər : 1. ÜTF və texnologiya kafedrasında boş olan baş müəllim yerinə seçki. Cari məsələ: 1. ÜTF və texnologiya və Fizika kafedrasından daxil olan fənn proqramlarının və dərs vəsaitinin  müzakirəsi.

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ “İŞGÜZAR KOMMUNİKASİYADA VERBAL VƏ QEYRİ-VERBAL NİTQ”MÖVZUSUNDA ELMİ-NƏZƏRİ SEMİNAR KEÇİRİLİB

19 iyun 2026-cı il tarixində Gəncə Dövlət Universitetində “Ümumi texniki fənlər və texnologiya” kafedrası ilə “Filologiya və xarici dillər” fakültəsinin birgə təşkilatçılığı ilə “İşgüzar kommunikasiyada verbal və qeyri-verbal nitq” mövzusunda elmi-nəzəri seminar keçirilib. Seminarda “Filologiya və xarici dillər” fakültəsinin dekanı Yadigar Əliyev, “Fizika və texniki fənlər” fakültəsinin dekanı, professor Muğan Quliyev, Magistratura şöbəsinin müdiri, dosent

Daha ətraflı

Məhsəti Gəncəvi Mərkəzində dos.Hüseynov Akif Əlirza oğlunun sərgisi keçirildi

Gəncə Dövlət Universiteti Fizika və Texniki fənlər fakültəsinin Təsviri incəsənət kafedrasının dosenti, rəngkarlıq üzrə mütəxəssis, tanınmış rəssam Akif Hüseynovun Gəncə şəhərində yerləşən Məhsəti Gəncəvi Mərkəzində fərdi sərgisi təşkil olunmuşdur. Sərgi Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə keçirilmiş, müəllifin müxtəlif janr və mövzuları əhatə edən rəngkarlıq əsərləri nümayiş etdirilmişdir. Tədbir iştirakçıları rəssamın yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirmiş, əsərlərindəki milli-mənəvi

Daha ətraflı

Azərbaycan Xalqının Milli Qurtuluş Günü 

Azərbaycan Xalqının Milli Qurtuluş Günü — Azərbaycan Respublikasında qeyd edilən rəsmi bayramlardan biri. 1997-ci ilin 15 iyun tarixində bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin

Daha ətraflı

ELMİ ŞURA – 10.06.2026

10  iyun  2026 – cı   il tarixdə Gəncə  Dövlət  Universitetinin    Fizika və texniki  fənlər fakültəsinin Elmi Şurasının iclası keçirildi. İclasda G ü n d ə l i k   m ə s ə l ə l ə r  : 1. İşçi tədris planlarının müzakirəsi və təsdiqi  (Dekan müavini). 2. Kafedralarda tədris olunan fənlərdən imtahanların yazılı, test  və

Daha ətraflı

YAZ SEMESTRİNİN İMTAHAN SESSİYASI DAVAM EDİR

Gəncə Dövlət Universitetində 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla davam edir.  01 iyun 2026-cı il tarixdən etibarən yazılı formada keçirilən imtahanlar artıq yekunlaşıb, 8 iyun tarixdən isə test üsulunda imtahanların keçirilməsinə başlanılıb. Bütün imtahanlar kameralarla təhciz olunmuş auditoriyalarda keçirilir və imtahanların gedişi izlənilir. Test formasında keçirilən imtahanlar 22 iyun 2026-cı il tarixədək davam

Daha ətraflı

YAZ SEMESTR İMTAHANINA START VERİLDİ

Gəncə Dövlət Universitetində (GDU) bakalavriat və magistratura səviyyəsi üzrə 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. İmtahanlar yazılı, şifahi, test üsulu ilə, yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçiriləcək. Hazırda bakalavriat və magistratura səviyyəsi üzrə imtahanlar yazılı formada aparılır. Bütün imtahanlar kameralarla təhciz olunmuş auditoriyalarda keçirilir. Yazılı formada olan imtahanlar bakalavriat səviyyəsi üzrə

Daha ətraflı