III kurs “Fizika müəllimliyi” ixtisasında “Orta məktəbdə fizikanın tədrisinin metodoloji əsasları” fənnindən “Müasir təlimin komponentləri və mərhələlərinin metodoloji əsasları” mövzusunda açıq dərs keçirildi.
05 may 2025-ci il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsində III kurs “Fizika müəllimliyi” ixtisasında Fizika kafedrasının b/müəllimi, texnika üzrə fəlsəfə doktoru Məmmədova Südabə Oktay qızının “Orta məktəbdə fizikanın tədrisinin metodoloji əsasları” fənnindən “Müasir təlimin komponentləri və mərhələlərinin metodoloji əsasları” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan









