Marafon – 2017
[metaslider id=2493] Sentyabrın 17 – də şəhərimizdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu – 2017” keçirildi. Ənənəvi olaraq hər il reallaşacaq regionlararası bu layihənin ilki Gəncədə həyata keçirildi. “Gəncə marafonu- 2017” Heydər Əliyev fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuşdu. Marafona eksklüziv tərəfdaşlığı “Azərsell Telekom”təşkil edirdi.