06.XII. 2022-ci il tarixdə IV(2) kurs “Fizika müəllimliyi”ixtisasında b/m.İ.M.Mövsümovanın “Fiziki elektronikanın əsasları” fənnindən “Optik elektronikanın fiziki əsasları” mövzusunda açıq dərsi keçirildi.
06 dekabr 2022-ci il tarixdə Gəncə Dövlət Universitetində Fizika və texniki fənlər fakültəsinin IV2 kurs “Fizika müəllimliyi” ixtisasında Fizika kafedrasının baş müəllimi Mövsümova İlhamə Möhkəm qızının “Fiziki elektronikanın əsasları” fənnindən “Optik elektronikanın fiziki əsasları” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə Fakültə dekanının tədris məsələlər üzrə müavini dos.E.X.İsmayılov., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., dos.S.P.İsgəndərova., müəl.İA.C.Məmmədzadə iştirak edirdilər.








